Borc müqaviləsi haqqında müddəalar kredit müqaviləsinə də şamil ediləcək
Borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətlər konseptual olaraq təkmilləşdirilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda borc müqaviləsinin predmeti pul məbləği olduğu halda o, kredit müqaviləsi hesab olunur.
Təklif olunan dəyişikliyə əsasən, bu tələb aradan qaldırılır. Bu isə pul vəsaitləri ilə bağlı borc müqavilələrinin tanınmasına, habelə müqavilə üzrə tərəflər arasında yaranacaq mübahisələrin hüquqi müstəvidə çözülməsinə və hüquqi qiymət vermənin səmərəliliyinin artmasına son nəticədə hüquqların daha etibarlı qorunmasına imkan verəcək. Eyni zamanda borcverənin borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququnun tanınması da təmin ediləcək. Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin məbləği və hesablanma qaydası tərəflərin razılaşma qaydası ilə müəyyən ediləcək. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa, müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin faizin və məbləğin hesablanma qaydası və müddəti qanunla tənzimlənəcək. Faizlər yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə aid olunacaq.
Bankın və digər kredit təşkilatının borc (kredit) verməsilə digər şəxslərin borc verməsi differensiasia olunur. Belə ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi bank və digər kredit təşkilatları tərəfindən həyata keçirilə bilər. Bununla da borc müqaviləsinin bir növü olaraq kredit müqviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq, kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs (bank və ya digər kredit təşkilatı) ola bilər. Kredit müqaviləsi mahiyyətcə borc müqaviləsi olduğundan borc müqaviləsi haqqında müddəalar kredit müqaviləsinə də şamil ediləcək.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)







