Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Azərbaycanda daha 46 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 080 nəfər müalicə olunaraq sağalıb, 10 064 nəfər vəfat edib, aktiv xəstə sayı 427 nəfərdir.
Ölkədə son sutka ərzində 2 114, hazırkı dövrədək isə 7 466 384 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 387 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 35 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 938 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 483, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 849, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 032 nəfər təşkil edir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
1 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 3 saat əvvəl
-
3 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
