Dövlət 2022-ci ildə təxminən 1,8 milyard manat borc qaytarıb
Operativ məlumata əsasən 2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32 milyard 63,3 milyon manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4 milyard 640,9 milyon manat və ya 16,9 faiz çoxdur.
Bu barədə Marja-ya Maliyyə Nazirliyindən bildirilib.
Strukturuna görə 2022-ci il dövlət büdcəsi xərclərinin 17 milyard 739,9 milyon manatı cari xərclərə (2021-ci illə müqayisədə 1 milyard 151,5 milyon manat və ya 6,9 faiz çox), 12 milyard 533 milyon manatı əsaslı xərclərə (2021-ci illə müqayisədə 3 milyard 897,8 milyon manat və ya 45,1 faiz çox), 1 milyard 790,4 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci illə müqayisədə 408,4 milyon manat və ya 18,6 faiz az) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11 milyard 577,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 1 milyard 280,4 milyonmanat və ya 12,4 faiz çoxdur.
Həmçinin qeyd edilib ki. 2022-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 106,0 milyon manat proqnoza qarşı faktiki olaraq 1 milyard 402,8 milyon manat təşkil etməklə proqnozdan 1 milyard 703,2 milyon manat və ya 54,8 faiz az olub. Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 51,4 milyon manat vəsait hesabına həyata keçirilib.
HƏMÇİNİN OXU: Maliyyə Nazirliyi 2022-ci ilin büdcələrinə dair operativ məlumat yaydı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)







.jpg)




