"TuranBank" ötən ili mənfəət ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİ
"Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2022-ci ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır. Real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən Bank ötən ilin sonunu 1,9 mln. manat xalis mənfəətlə başa vurmuşdur".
Marja xəbər verir ki, bu, Bankın hyaydığı press-relizdə bildirilir
Press-relizdə qeyd edilib ki, 2022-ci ilin yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,8% və ya 105,9 mln. manat artaraq 820,8 mln. manat, o cümlədən müştərilərə verilmiş kreditlər 25,7% və ya 112,1 mln. manat artaraq 548,5 mln. manat təşkil etmişdir. Daim etibarlılıq prinsiplərinə sadiq qalan TuranBank-ın depozitlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2022-ci ilin sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% və ya 11,8 mln. manat artaraq 429,3 mln. manat, fiziki şəxslərin depozitləri isə 27.3% və ya 70,3 mln. manat artaraq 327,9 mln. manat təşkil etmişdir. Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir.
2022-ci il IV rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirmişdir. Belə ki, TuranBank ilə nüfuzlu maliyyə qurumu Incofin İnvestisiya Fondu arasında Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Məlumat üçün bildirək ki, 2022-ci il ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirmişdir. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olmuşdur.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
31 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























