“Expressbank”ın xalis mənfəəti kəskin artıb
“Expressbank” ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Expressbank” 2022-ci ili 12 milyon 409 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 7 milyon 701 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Expressbank”ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 61,1% və ya 4 milyon 707 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə “Expressbank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 66 milyon 697 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 19% və ya 10 milyon 694 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 56 milyon 2 min manat təşkil etmişdi.
2022-ci ildə Expressbank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 50 milyon 684 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 19,4% və ya 8 milyon 249 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 42 milyon 434 min manat təşkil etmişdi.
Ötən il “Expressbank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 16 milyon 13 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə “Expressbank"ın əməliyyat mənfəəti 13 milyon 568 min manat təşkil etmişdi. Bankın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2 milyon 445 min manat və ya 18% artıb.
Həmçinin 2022-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 605 min manat mənfəətə əlavə olunub. 2021-ci ildə "Expressbank" mümkün zərərlər üçün yaradılan ehtiyatlara 2 milyon 243 min manat ayırmışdı.
"Expressbank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 24,4% və ya 85 milyon 588 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 436 milyon 956 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 351 milyon 368 min manat cəmi aktivlərə malik idi.
"Expressbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 13,6% və ya 35 milyon 645 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 297 milyon 84 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 261 milyon 439 min manata çatmışdı.
Ötən il "Expressbank"ın istehlak kreditləri portfeli 21 milyon 382 min mant artaraq 159 milyon 369 min manata, biznes kreditləri portfeli 6 milyon 330 min manat artaraq 95 milyon 845 min manata, ipoteka kreditləri portfeli isə 7 milyon 933 min manat artaraq 41 milyon 870 min manata yüksəlib.
"Expressbank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 23,7% və ya 37 milyon 24 min artaraq 31 dekabr 2022-ci il tarixində 193 milyon 107 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 156 milyon 83 min manat cəmi depozitlərə malik idi. Ötən il fiziki şəxslərin depozitləri 32 milyon 372 min manat, hüquqi şəxslərin depozitləri isə 4 milyon 652 min manat artıb.
31 dekabr 2022-ci il tarixində "Expressbank"ın 126 milyon 544 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 120 milyon 617 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























