BVF 2023-cü ildə neftin qiymətinin 16% azalacağını proqnozlaşdırır
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2023-cü ildə bir barel neftin orta qiyməti 81 dollar olacaq.Beynəlxalq Valyuta Fondu (BVF) neftin bir barelinin orta qiymətinin bu il 16,2% azalaraq 81,13 dollara düşəcəyini proqnozlaşdırır.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatınını yanvar ayı yeniləməsində bildirilir.
“2023-cü ildə neftin qiymətinin təxminən 16%, qeyri-yanacaq əmtəələrinin qiymətlərinin isə orta hesabla 6,3% ucuzlaşacağı gözlənilir”, - deyə hesabat müəllifləri qeyd edirlər.
"Hesablanan orta proqnoz qiyməti 2023-cü il üzrə 81,13 dollar, 2024-cü il üzrə isə 75,36 dollar təşkil edir", - hesabatda deyilir. Beləliklə, gələn il neftin qiyməti 7,1% azalacaq.
BVF-nin məlumatına görə, “enerji bazarları Ukraynadakı münaqişənin yaratdığı iqtisadi şoklara gözlənildiyindən daha sürətli uyğunlaşıb. Bununla belə, keçən il "qlobal enerji və ərzaq qiymətlərinin kəskin artması yaşayış xərcləri böhranına səbəb olub". Fond bildirir ki, Ukraynadakı münaqişə səbəbindən gözləniləndən yüksək neft, qaz və ərzaq qiymətləri inflyasiyasını yenidən artıra bilər.
Bakı vaxtı ilə saat 09:40-da Brent nefti 84,85 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























