Pfizer-in 2022-ci ildə xalis mənfəəti 1,4 dəfə artıb
2022-ci ildə Pfizer şirkətinin xalis mənfəəti 1,4 dəfə artaraq 31 milyard 372 milyon dollar təşkile dib.Əczaçılıq şirkəti Pfizer-in xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 1,4 dəfə artaraq 31 milyard 372 milyon dollar təşkil edib.
Marja xəbər verir ki, bu barədə Amerika korporasiyasının maliyyə hesabatlarında bildirilir.
İl ərzində səhm üzrə mənfəət bir il əvvəlki 3,85 dollardan 5,47 dollara yüksəlib.
2022-ci ildə Pfizer-in gəlirləri 23% artaraq 100 milyard 330 milyon dollar təşkil edib.
Dördüncü rübün nəticələrinə görə, şirkət 4 milyard 995 milyon dollar xalis mənfəət əldə edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur. Pfizer-in rüblük gəlirləri isə 2% artaraq 24 milyard 290 milyon dollara çatıb. Analitiklər 24 milyard 610 milyon dollar rəqəm gözləyirdilər.
Cari ilin yekunlarına görə, şirkət 67-71 milyard dollar məbləğində gəlir əldə etməyi planlaşdırır. İlkin ticarətdə Pfizer səhmləri 3% ucuzlaşıb.
Pfizer Inc. 1849-cu ildə ABŞ-da təsis edilib və hazırda əczaçılıq sənayesində dünya liderlərindən biridir. Şirkətin baş ofisi Nyu Yorkda yerləşir, əsas tədqiqat və inkişaf mərkəzi Konnektikut ştatının Qroton şəhərində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























