ABŞ-da məşğulluqda güclü artım
ABŞ-da yanvar ayı üçün kənd təsərrüfatı xaric məşğulluq və əmək haqqı məlumatları açıqlanıb. Məşğulluq məlumatı proqnozdan xeyli yüksək olub. Yanvarda ölkə iqtisadiyyatında kənd təsərrüfatı xaricində məşğulluğun artımı 517 min nəfər olub. Beləliklə, ölkədə 2022-ci ilin iyulundan bəri məşğulluqda ən yüksək artım qeydə alınıb. Yanvar ayında ölkədə orta saatlıq maaş gözləntilərə uyğun olaraq artıb.
ABŞ-da monetar siyasət üçün kritik əhəmiyyət kəsb edən kənd təsərrüfatı sektoru xaric məşğulluq və əmək haqqı artımları məlum olub.
Marja xəbər verir ki, ABŞ iqtisadiyyatında kənd təsərrüfatı xaricində məşğulluq yanvar ayında 517 min nəfər artıb. Proqnozu 187 min - 188 min artım idi.
Dekabr ayında 223 min olaraq açıqlanan kənd təsərrüfatı xaric məşğulluq artımı 260 minə revizə edilib.
Məlumatlara görə, yanvar ayında orta saatlıq maaş əvvəlki ayla müqayisədə 0,3% artıb. İllik müqayisədə artım 4,4 faiz təşkil edib. Orta saatlıq maaşın illik 4,3 faiz artacağı gözlənilirdi.
Yanvarda ölkədə işsizlik səviyyəsi gözləniləndən (3,6 faiz) aşağı olmaqla 3,4 faiz təşkil edib. 3,4 faizlik işsizlik səviyyəsi 1969-cu ildən bəri ən aşağı işsizlik səviyyəsi olaraq qeydə alınıb.
Faiz artım tempi yavaşlasa da, qarşıdakı dövrdə də artımın davam edəcəyinə işarə edən FED üzvləri, inflyasiyanın azalması fonunda əmək bazarının son aylarda güclü qaldığına diqqət çəkiblər.
İqtisadçılar, inflyasiyanın zəifləməsi ilə müşayiət olunan məşğulluq və maaşlardakı mülayim artımın yumşaq eniş ssenarisini dəstəklədiyini bildiriblər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 55 d. əvvəl
-
1 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
1 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
1 saat əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixinədək bağlı qalacaq - QƏRAR
-
2 saat əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"
Ən çox oxunanlar

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
