Assosiasiya sədri, iş adamı Elxan Bəşirov sahibkarlara çağırış etdi
"AFAD-ın rəsmi fonduna 500 min türk lirəsi ianə etmişik. Aparılacaq yenidənqurma işlərinə yardım etmək məqsədilə də lazımi tikinti materialları tezliklə tərəfimizdən göndəriləcək".Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov Türkiyədə baş verən zəlzələdən zərərçəkən şəxslərə yardımın göstərilməsi barədə sahibkarlara çağırış edib.
Marja xəbər verir ki, çağırışda deyilir!
"Hörmətli sahibkarlar!
Azərbaycan xalqını səciyyələndirən xüsusiyyətlərdən bəziləri məhz humanistlik, yardımsevərlik, çətin günlərdə birlik olmaları olub. Türkiyə Respublikasında baş vermiş zəlzələnin ilk anlarından etibarən qardaş türk xalqına göstərilən dəstək hər iki xalqın arasında olan sarsılmaz münasibətləri bir daha sübuta yetirdi.
Hazırda zəlzələnin fəsadlarını bildirən statistik məlumatlar daim yenilənir və həlak olanların sayının artması hər birimizi kədərləndirir. Bu çətin anlarda sahibkarlar olaraq Türkiyə xalqına dəstək göstərmək hər birimizin qardaşlıq borcudur.
Biz də öz növbəmizdə zəlzələdən zərərçəkmiş şəxslərə yardım məqsədilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL ianə etmişik. Aparılacaq yenidənqurma işlərinə yardım etmək məqsədilə də lazımi tikinti materialları tezliklə tərəfimizdən göndəriləcək.
İnanıram ki, hər biriniz bu məsələyə yüksək həssaslıqla yanaşacaqsınız və qardaş türk xalqına lazımi dəstəyi göstərəcəksiniz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




.jpg)
