Ötən il bankların nağd xarici valyuta satışı 5 dəfə azalıb
"2022-ci ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. İl ərzində valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənmişdir. Tədiyə balansının iri həcmli profisiti valyuta bazarında təklifin genişlənməsilə müşaiyət olunmuşdur."
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilib ki, hsabat ilində valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artmışdır.
İl ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13.9% artaraq 31.7 mlrd. ABŞ dolları ekvivalentində 4 olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 83.4%- i ABŞ dollarında, 16.6%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 28.6%-i banklararası valyuta bazarında (BVB), 71.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat ilində BVB-də əməliyyatların həcmi 9.6% artaraq 9 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 99.1%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 22.6 mlrd. dollar ekvivalentində olmuşdur ki, bu da ötən ilə nəzərən 15.8% çoxdur. Əməliyyatların 77.1%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2021-ci ilə nəzərən 27% artaraq 5.1 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 85.7%- ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. 2022-ci ilin aprel ayından başlayaraq ilin sonuna qədər xarici valyutanın alışının satışından yüksək olması hesabına xalis xarici valyuta satışı ötən ilə nəzərən 5 dəfə azalmışdır.
İl ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilmişdir. Hesabat ilində Mərkəzi Bankda ümumilikdə 99 valyuta hərracı keçirilmişdir. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 2048 mln. ABŞ dolları təşkil etmişdir.
İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6971 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil etmişdir.
Hesabat ilində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşmış, Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 8.4%, real effektiv məzənnəsi isə 3.6% möhkəmlənmişdir. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir etmişdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
9 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
9 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
14 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
15 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb


























