Tütün bir kiloqramı 10-25 qəpiyə qəbul olunur
İnter-Tobacco” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə bu günədək fermer təsərrüfatlarından 745 ton “Virciniya” növlü yaşıl tütün kütləsi daxil olub. Mövsümün əvvəlindən indiyədək isə bu emal məntəqələrində 58 ton quru tütün istehsal edilib.
Bu barədə Məhdud Məsuliyyətli Cəmiyyətin sədr müavini, Zaqatala tütün istehsalı və emalı məntəqəsinin müdiri Mübariz Qədimov məlumat verib.
Cəmiyyətin rəsmisi bildirib ki, həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində cari mövsümdə tütün sahələrində bol məhsul yetişdirilib. Ümumiyyətlə, bu il ölkə üzrə quru tütün istehsalının 3 min tona çatacağı proqnozlaşdırılır.
Yaşıl tütün yarpağının qəbulu və emalı prosesi ilə yaxından tanış olmaq məqsədi ilə Zaqatala tütün istehsalı və emalı məntəqəsində fermerlərlə görüşdük.
Hər gün məntəqəyə 30-35 ton yaşıl tütün kütləsi gətirilir. Tütünün qurudulması üçün məntəqədə 56 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Hazırda kameraların 35-nə qurudulmaq üçün tütün qoyulub. İndiyədək bu məntəqəyə fermer təsərrüfatlarından 400 ton yaşıl tütün kütləsi gətirilib, 50 tondan çox quru tütün istehsal olunub. Yaşıl tütün kütləsinin bir kiloqramının satış qiyməti növündən asılı olaraq, 10-25 qəpik arasında dəyişir.
Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Əliabad qəsəbəsindən olan aqronom-fermer Zakir İsayev bildirib ki, ötən il 5,5 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib, sahələrdən 51 tondan çox yaşıl tütün kütləsi toplayıb, yaxşı da qazanc əldə edib. Dövlətin bu sahəyə dəstəyindən, həmçinin ötən il əldə etdiyi gəlirdən ruhlanan fermer bu il əkin sahəsini daha da genişləndirərək 20 hektara çatdırıb. Tütün sahəsində bol məhsul yetişib və fermer indiyədək məntəqəyə 6 ton yaşıl tütün kütləsi təhvil verib. Zaqatalalı fermer cari mövsümdə sahələrdən 150 tona yaxın yaşıl tütün kütləsi əldə etməyi qarşısına məqsəd qoyub. Hazırda bu təsərrüfatda 25 nəfər mövsümi işlə təmin olunub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 57 d. əvvəl
-
1 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
-
1 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
2 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Ən çox oxunanlar
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
























