“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin yeni səhmləri satılacaq -TİCARƏTƏ BURAXILMA TARİXİ
20 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin 100 min manat məbləğində səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, adi adlı sənədsiz səhmlərin sayı 1000 ədəd, hər birinin nominal dəyəri 100 manatdır.
23 fevral 2023-cü il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.
Azərbaycanın gübrə və kənd təsərrüfatı texnikalarının satışını həyata keçirən "Aqrar İnnovasiya və Təchizat Şirkəti" (AISCO) 2019-cu ildən fəaliyyətə başlayıb.
Hazırda “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin nizamnamə kapitalı 100 min manatdır. Şirkətin rəhbəri Tofiq Niftəliyevdir.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin nizamnamə kapitalı 100% olmaqla Məcidova Afaq Hüseyn qızına məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 23 d. əvvəl
-
30 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
53 d. əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib






















