Danone-nin xalis mənfəəti 2022-ci ildə 1,5 dəfə azalıb
Danone-nin xalis mənfəəti 2022-ci ildə 959 milyon avroya düşüb.Fransanın süd məhsulları istehsalçısı "Danone S.A." şirkətinin maliyyə hesabatlarına görə, ötən il şirkətin xalis mənfəəti 1,5 dəfə azalaraq 959 milyon avro təşkil edib.
Marja xəbər verir ki, səhmbaşına mənfəət 2022-ci ildəki 2,94 avrodan 1,48 avroya geriləyib. Şirkətin əməliyyat mənfəəti illik müqayisədə 5% azalaraq 2 milyard 143 miylon avro təşkil edib.
Ötən il Danone-nin satışları 13,9% artaraq 27 milyard 661 milyon avro təşkil edib.
Şirkətin Avropada satışları il ərzində 5,2% artaraq 8 milyard 773 milyon avroya, Şimali Amerikada 20,6% artaraq 6 milyard 712 milyon avroya, Çin, Şimali Asiya və Okeaniyada 14% artaraq 3 milyard 428 milyon avroya, Dünyanın qalan ölkələrində isə 18,7% artaraq 8 milyard 748 milyon avroya yüksəlib.
2022-ci ilin dördüncü rübünün nəticələrinə görə, Danone satışlarını illik müqayisədə 12,3% artıraraq 7 milyard 7 miylon avroya çatdırıb.
Fransa şirkəti Danone 1919-cu ildə yaradılıb. Şirkət dünyanın 140-dan çox ölkəsində fəaliyyət göstərir. Oktyabr ayında Fransa şirkəti Rusiyada süd və bitki məhsullarının istehsalına nəzarəti ötürməyi planlaşdırdığı və 1 milyard avroya qədər itki ola biləcəyi bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























