Varisi olmayan əmlak bələdiyyələrə keçməyəcək

Varisi olmayan əmlak bələdiyyələrə keçməyəcək.
Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak bələdiyyə əmlakının yaranması mənbələri sırasından çıxarılır.
Qeyd edək ki, vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb. Məcəllənin vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi adlanan 1165-ci maddəsi bu məsələləri aşağıdakı kimi tənzimləyir:
- əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir;
- əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olmuşdursa, bu halda həmin şəxslərə məxsus daşınar əmlak sosial xidmət müəssisələrinin mülkiyyətinə keçir.
Bu səbəbdən “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanunun 3-cü maddəsinin (Bələdiyyə əmlakının yaranması mənbələri) birinci hissəsinin beşinci abzasının ləğvi (varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak) təklif olunur.
Qeyd edək ki, bu müddəanın ləğvi hüquqi baxımdan bələdiyyələrin vəsiyyət üzrə əmlak əldə etmək imkanını aradan qaldırmır. Belə ki, qanunun 3-cü maddəsinin birinci hissəsinin altıncı abzası ilə “bələdiyyələrə vəsiyyət edilən əmlak” bələdiyyə əmlakının yaranması mənbələrindən biri kimi təsbit edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
17 d. əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
41 d. əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
-
- 44 d. əvvəl
-
45 d. əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 46 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
Son Xəbərlər

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
Ən çox oxunanlar

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
