ABB-dən sahibkarların satışlarını artıracaq möhtəşəm imkan!
(®️) “ABB POS mobil” xidmətini bazara təqdim edib.
Hüquqi şəxslər və fərdi sahibkarlar bundan sonra mobil telefonlarından POS terminal kimi istifadə edə bilərlər.
Bu xidmət alış-veriş zamanı müştərilərdən ödənişləri NFC-ni dəstəkləyən mobil telefonla nağdsız qəbul etmək imkanı yaradır. Beləliklə, “ABB POS mobil” xidməti vasitəsilə sahibkar mobil telefonuna POS terminal funksiyası əlavə etmiş olur. Bu xidmətdən yararlanaraq nağdsız ödənişləri qəbul edə bilir. Ödənişləri təmassız kartlar, GooglePay və ApplePay-i dəstəkləyən mobil telefonlar və “ağıllı saatlar”la qəbul etmək mümkündür.
“ABB POS mobil” xidmətinə qoşulmaq üşün heç bir depozit tələbi yoxdur. Müştəridən dövriyyə həcmi də tələb olunmur. Xidmətə yeni qoşulan müştəri bu imkandan 2 ay pulsuz istifadə edə bilir. Üstəlik, ABB-dən sahibkarlar üçün nəzərdə tutulmuş kart hədiyyə alır.
Xidmətə qoşulmaqdan ötrü bu linkə keçərək “Partnyor ol” bölməsində müraciət yerləşdirmək, yaxud filiala müraciət etmək və ya ABB-nin 937 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq kifayətdir. Onu da qeyd edək ki, ABB bu imkanı Visa beynəlxalq ödəniş sistemi ilə birgə yaradıb.
Son dövrlər ödənişlərini nağdsız aparmağa üstünlük verən müştərilərin sayı artır. “ABB POS mobil” xidmətindən istifadə, bu baxımdan, iş adamlarının satışlarını artıracaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















