FED sədrinin çıxışı ərəfəsində neft bahalaşır
FED rəhbərinin çıxışı ərəfəsində Brent markalı neftin qiyməti bir barel üçün 86,43 dollara yüksəlib.Çərşənbə axşamı günü səhər dünya birjalarında neft qiymətləri mülayim şəkildə yüksəlir.
Marja xəbər verir ki, investorlar ABŞ Federal Ehtiyat Sisteminin rəhbərinin (FED sədri) pul siyasəti ilə bağlı eyhamları ehtiva edə, iqtisadiyyatın və tələbatın perspektivinə təsir edə biləcək çıxışlarını gözləməkdə davam edirlər.
Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,35% artaraq 86,43 dollar/barel, WTI markalı neftin aprel fyuçersləri 0,26% artaraq 80,67 dollar/barel olub.
Analitiklər bildirirlər ki, qiymətlər 90 dollar səviyyəsini yenidən sınaqdan keçirə bilər.
Çərşənbə axşamı günü daha sonra ABŞ Mərkəzi Bankının sədri Cerom Pauel Senatın Bank Komitəsində, çərşənbə günü isə Bank Xidmətləri Komitəsində çıxış edəcək. Bazarlar hələ də yüksək inflyasiya və tənəzzül qorxusu fonunda tənzimləyicinin faizlər ilə bağlı gələcək planları haqqında Pauel-dən ipucları eşidəcəklərinə ümid edirlər.
CME Group-un məlumatına görə, analitiklərin 70,1%-i mart ayında FED-in əsas uçot dərəcəsini yenidən 0,25 bənd artıraraq illik 4,75-5%-ə çatdıracağını gözləyir. Eyni zamanda, 29,9% artıq 0,50 faiz bəndi artım gözləyir.
Həmçinin, investorlar dünyanın ən böyük neft istehlakçıları və idxalçılarından biri olan Çinin statistikasını dəyərləndirirlər. Çinin idxalı fevralda 10,2% azalıb, yalnız 5,5% azalma proqnozlaşdırılırdı. İxrac isə 6,8% azalıb ki, bu da 9,4% azalma proqnozundan daha yaxşı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)



