“Crystal Beton” şirkəti İlin beton istehsalçısı adını qazandı
Martın 7-də “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimat mərasimi keçirilib.
Toplantıda ölkəmizdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, o cümlədən Moldova, Belçika və Rumıniyanın səfirləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iş adamları, milli sahibkarlığın müxtəlif sahələrinin təmsilçiləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.
Mükafatçılar iqtisadiyyatın qeyri-neft sektorunun – tibb, tikinti, logistika, quşçuluq və digər sahələrin nümayəndələridir.
Mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edilib. Sonra 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimatı olub.
Tədbirdə iştirak edən “Crystal Beton” Qapalı Səhmdar Cəmiyyəti İlin beton istehsalçısı adını qazanıb. Mükafatla təltif edilən şirkətin nümayəndəsi təşkilatçılara verdikləri dəstəyə görə öz təşəkkürünü bildirib və belə bir inam ifadə edib ki, zəngin təcrübəyə malik şirkət qarşıdakı illərdə daha böyük tikinti layihələrinə öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, Azərbaycanın ən böyük beton istehsalı şəbəkəsinə malik olan özəl qurumlarından biri kimi fəaliyyət göstərən “Crystal Beton” şirkəti ötən illər ərzində ölkənin tikinti sektorunun formalaşmasına öz dəyərli töhfəsini verib və qürur doğuran tikinti layihələrinə imza atıb. Modern texnologiya və keyfiyyətli xammalla çalışan şirkət Bakı və Abşeron yarımadasında icra olunan icra olunan bir sıra iri tikinti layihələrini yüksək keyfiyyətli möhkəm betonlarla təmin edir.
Hazırda “Crystal Beton” brendi altında şirkətin Binəqədi, Keşlə qəsəbələrində, Yeni Yasamal yaşayış massivində və Xırdalan şəhərində 4 zavodu beton istehsalını həyata keçirir, tikinti-inşaat obyektlərinə yüksək keyfiyyətli beton verilməsini təmin edir.
Əlaqə nömrələri: (070) 223 22 00 / (051) 235 95 91
Veb-sayt: www.crystalbeton.az
İnstagram: crystalgroup_beton
Facebook: www.facebook.com/CrystalBeton
Linkedin: www.linkedin.com/company/crystal-group-of-companies/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"






















