Mövqelərimiz 23 dəfə atəşə tutuldu - Ermənistan gərginlik yaradır
Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir. Azərbaycan Ordusunun Kəlbəcər, Daşkəsən, Gədəbəy, Xocavənd, Laçın, Xocalı və Şuşadakı mövqeləri atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatı:
Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlər üzrə adekvat cavab tədbirləri görülüb.
Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir.
Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan təlafatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
5 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
37 d. əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
-
1 saat əvvəl
Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Birgə Biznes Şurası yaradılıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb
