"Mühasib eyni iş yükündə olan əməkdaşlardan daha az maaş alır" - Azərbaycan mühasibləri aşağı əməkhaqqına etiraz edirlər
Bu gün Bakıda Vergi və Mühasibatlıq Zirvəsi öz işinə başlayıb.
Marja.az-ın məlumatına görə, Zirvədə mühasiblərin aşağı əməkhaqqı problemi də müzakirə edilib.
Zirvədə “Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib” panelinin moderatoru Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev bildirib ki, Azərbaycanda mühasiblərin əməkhaqqısı aşağıdır: "Mən istəyirəm ki, bəzi gizli məqamları gizli saxalamayaq. Bir neçə misal çəkəcəm ki, onlar ziddiyyətlər yaradır. Söhbət mühasib ilə rəhbər arasında ziddiyyətlərdən gedir. Hamımız qəbul edək ki, mühasibin əməkhaqqısı aşağıdır. Məncə buna heç kim etiraz etməz. Biz buna dözmürük. Aşağı əməkhaqqı ziddiyyəti yaradan bir nömrəli səbəbdir".
Onun bu açıqlaması alqışlar ilə qarşılanıb.
Mehdi Babayev əlavə edib ki, bir çox müəssisələrdə mühasiblərin səlahiyyətlər azdır və ya əllərindən alınır, onlara imkan verilmir: "Gəlin bunu da etiraf edək. Hətta elə məqamlar var ki, mühasibi qanunsuzluqlara təhrik edirlər. Özü pis vəziyyətdə qalır. Çox vaxt rəhbərlik mühasibin işini də ciddi hesab etmir. Belə rəhbərlərə də rast gəlirik. Bəzi rəhbərlər köhnə biznes vərdişləri ilə işləyir, yenə də yayınmalara çalışır, bunlar da mühasiblərin doğru işləməsinə problemlər yaradır və mühasib ilə rəhbər arasında ziddiyyətin yaranmasına səbəb olur. Bir çox halda da rəhbərlər mühasibi özündən asılı vəziyyətə salmaq istəyir. Rəhbərlər bilməlidirlər ki, mühasiblər onlardan asılı vəziyyətə düşməməlidir. Vergi qanunvericiliyinə son vaxtlar edilən çoxlu dəyişikliklər, rəqəmsallaşmaya keçid də rəhbər ilə mühasib arasında zidiyyət yaradan məsələlərdən biridir".

Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Mühasibat Uçotu və Maliyyə Hesabatlılığı şöbəsinin müdiri – baş mühasibi Vüqar İbrahimov bildirib ki, bəzi sahələrdə mühasiblər eyni iş yükü olan digər işçilərdən 2 dəfə az maaş alır:
"Çox təəssüf edirəm ki, mühasib ilə eyni iş yükündə olan əməkdaşların, mütəxəssislərin əməkhaqları mühasibin əməkhaqqından daha çox olur. Həta 30%, 50%, bəzi sahələrdə isə 2 dəfə yüksək olur. Bu da təbii ki, ilk növbədə mühasibin ruhdan düşməsinə və sahibkardan incik qalmasına səbəb olur. Belə olan halda mühasibdən keyfiyyətli işin görülməsini də görə bilmərik. Bu da ziddiyyət yaradan, konfliktə gətirən səbəblərdən biridir".
Digər bir məsələ ünsiyyət problemidir. Bəzi rəhbərlər mühasib ilə ünsiyyətdən qaçır. Mühasibin fikirləri ciddi hesab edilmir. Rəhbərlər daha çox biznesin gəlir gətirən bölməsinin rəhbərlərinə üstünlük verir. Mən tövsiyə edirəm ki, rəhbərlər üstünlüyü bərabər bölsünlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















