"Gəlirin vergiyə cəlb olunması belə əmanət faizlərinin artırılmasına əhəmiyyətli təsir etməyib"
Fondun Himayəçilik Şurası uzun müddətdir ki, əmanətlərin sığortalanması faizini dəyişmir. Milli valyuta ilə bu faiz həddi 12 %, xarici valyuta ilə 2,5 %-dir. Bu il fevralın 1-dən əmanətlərin vergiyə cəlb olunması nəzərə alınaraq faizlərdə dəyişiklik edilə bilərmi? Eyni zamanda əmanətlərin sığortalanan hissəsi üzrə limitin artırılması gözlənilirmi?
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov bildirib ki, hazırda bankların əksəriyyətində istər milli valyuta, istərsə də xarici valyutada cəlb olunan əmanətlərin illik faiz dərəcələri qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi limitlərindən çox aşağıdır:
"Qanunvericiliyə əsasən qorunan əmanətlər üzrə faiz dərəcələri maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilir. Banklarda əmanətlərin illik faiz dərəcələri mütəmadi olaraq öyrənilir. Görünən odur ki, bankların əksəriyyətində istər milli valyuta, istərsə də xarici valyutada cəlb olunan əmanətlərin illik faiz dərəcələri qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi limitlərindən çox aşağıdır. Hətta bu il fevral ayının 1-dən əmanətlərin vergiyə cəlb olunması belə illik faiz dərəcələrinin artırılmasına əhəmiyyətli təsir etməyib.
HƏMÇİNİN OXU: "Əvvəlki dövrlərdən qalan natamam işlər bizə həvalə edilib, minlərlə məhkəmə işimiz var" - MÜSAHİBƏ
Bu baxımdan həm milli, həm də xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin qüvvədə olan yuxarı həddi hələ ki, aktual olaraq qalır. Buna baxmayaraq sözügedən məsələ daim diqqət mərkəzindədir, bank sistemində və əmanət bazarında baş verən istənilən dəyişkənlik təhlil və müzakirə olunur. Gələcəkdə maliyyə bazarındakı baş verə biləcək dəyişikliklər nəzərə alınmaqla Fondun Himayəçilik Şurasında həmin həddin dəyişdirilməsi ilə bağlı məsələyə baxıla bilər".
Akşın Cahangirov ,"Kompensasiya məbləğinin maksimum həddinə gəlincə" deyərək əlavə edib: "Onun müəyyən edilməsində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (IADI) tərəfindən qəbul edilmiş Əsas Prinsiplərə istinad edilir. Dünya təcrübəsinə uyğun olaraq maksimum kompensasiya məbləği əmanətçilərin minimum 80 %-ni, əmanətlərin isə məbləğ olaraq minimum 20 %-ni tam təmin etməlidir. Hazırda ölkəmizdə kompensasiya məbləği üzrə qüvvədə olan maksimum hədd əmanətçilərin 99,8 %-ni, fiziki şəxslərin ümumi əmanətlərinin isə məbləğ olaraq 41,2 %-ni tam əhatə edir".
Qeyd edək ki, 01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri Vergi Məcəlləsinə əsasən 10% gəlir verigisinə cəlb olunur.
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
27 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
33 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 40 d. əvvəl
-
47 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
























