Faiz gəlirlərinin vergiyə cəlb edilməsi fevralda əhalinin müddətli əmanətlərinin azalması ilə nəticələnməyib
2023-cü ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında əhalinin banklardakı müddətli əmanətləri 139 milyon 780 manat artaraq 28 fevral 2023-cü il tarixində 6 milyard 336 milyon 71 min manata çatıb.
Bilindiyi kimi, 01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri Vergi Məcəlləsinə əsasən 10% gəlir verigisinə cəlb olunur. Əmanət üzrə faiz gəlirlərinin vergiyə cəlb edilməsi fevral ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətlərinin azalması ilə nəticələnməyib.
Qeyd edək ki, əhalinin əmanətləri müddətli və tələbli əmanətlərə bölünür.
Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.
Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır və ya əmanətçiyə faiz ödənilmir Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında əhalinin banklardakı müddətli əmanətləri 139 milyon 780 manat artaraq 28 fevral 2023-cü il tarixində 6 milyard 336 milyon 71 min manata çatıb. 31 yanvar 2023-cü il tarixində fiziki şəxslərin banklardakı müddətli əmanətləri 6 milyard 196 milyon 292 min manat təşkil etmişdi.
Fevral ayında fiziki şəxslərin cəmi əmanətləri (müddətli və tələbli) 32 milyon 831 min manat azalaraq 11 milyard 653 milyon 924 min manata geiləyib (yanvarın sonunda 11 milyard 686 milyon 755 min manata çatmışdı). Azlama fiziki şəxslərin tələbli əmanətlərinin azalması ilə bağlıdır. Belə ki, 2023-cü ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında əhalinin banklardakı tələbli əmanətləri 172 milyon 601 min manat azalaraq 5 milyard 317 milyon 842 min manata düşüb.
Fevral ayında sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 6,2 milyon manat artaraq 247,9 milyon manata çatıb.
Qeyd edək ki, fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri vergiyə cəlb edilməsi banklarda əmanət faizlərinin artırılması ilə də nəticələnməyib. Bir çox banklarda əmanət faizləri ilin əvvəli ilə müqayisədə eyni səviyyələrdədir, hətta bəzi banklar əmanət faizlərini aşağı salıblar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
21 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
