Kreditorların Elektron Portalı fəaliyyətə başladı - VİDEO
Əmanətlərin Sığortalanması Fondunun ərsəyə gətirdiyi Kreditorların Elektron Portalı fəaliyyətə başladı
Bildiyiniz kimi, Əmanətlərin Sığortalanması Fondu ötən il ləğv prosesində olan (LPO) bankların kreditorlarının elektron portalının layihəsinin təqdimatını həyata keçirmişdi. Təqdimatda bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə elektron portalın yaradılması zərurəti vurğulanmışdı.
Fondun yaydığı məlumatda bildirilir ki, Kreditorların Elektron Portalı artıq LPO bankların kreditorlarının istifadəsinə hazırdır.
Elektronlaşma dövrünün geniş vüsət aldığı bir zamanda, habelə Covid-19 pandemiyasının və gələcəkdə bu qəbildən ola biləcək mümkün təhlükələri nəzərə aldıqda Kreditorların Elektron Portalının istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, şübhəsiz ki, ləğv prosesində olan bankların kreditorları üçün məlumatların əlçatanlığının daha sadələşdirilmiş şəkildə təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Ləğv prosesində olan bankların kreditorları portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi öz “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə əlavə edə (əlaqə vasitələri) bilər. Kreditorlar portal vasitəsilə hesabatlarla tanış olmaqla yanaşı, kreditlər üzrə təminat kimi yüklü edilmiş əmlakların girovdan azad edilməsi və vətəndaş qəbulu üçün tam şəffaf şəkildə, vaxtlarına qənaət edərək, onlayn şəkildə müraciət edə biləcəklər.
Əmanətlərin Sığortalanması Fondunun hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesinin daha effektiv və çevik şəkildə başa çatdırılmasıdır və portalın istifadəyə verilməsi Fond ilə ləğv prosesində olan bankların kreditorları arasında məlumat mübadiləsində, habelə ləğv prosesinin sürətləndirilməsində böyük rol oynayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
16 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
- 19 d. əvvəl
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 50 d. əvvəl
-
54 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
