Xadimənin ölməsilə bağlı “Qoç ət”in vəzifəli şəxsinə cəza verildi
“Qoç ət” KFT MMC-yə məxsus olan və Qaradağ rayonunda yerləşən kəsim sexində xadimənin elektrik ətqarışdırıcı qurğuya düşərək ölməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə şirkətin kəsim sexinin müdiri, 1979-cu il təvəllüdlü Vüsal Babayev Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə baş verərkən kəsim sexində xadimə kimi çalışan 1982-ci il təvəllüdlü Pirməmmədova Rəqsanə Azad qızı qurğunun tam söndürülməsi şəraitində iş görməli olsa da, həmin vaxt elektrik mikseri elektrikə qoşulu olub. Qadın cihazın ətrafını təmizləyərkən o, miksero toxunub və avadanlığın içinə düşərək hərəkət edən ətqarışdırıcının içində hissələrə bölünüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məhkəmədə mərhum R.Pirməmmədovanın həyat yoldaşı onun hadisədən təxminən 15-20 gün əvvəl kəsim sexində işləməyə başladığını deyib. O, qarşı tərəflə barışdığını şirkətə və onun kəsim sexinin müdirinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Qaradağ Rayon Məhkəməsi Vüsal Babayevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəza 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















