“Azerbaijan Fish Farm” üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib - 16 MİLYON SƏRMAYƏ, 90 İŞ YERİ
Özəlləşdirilən daha bir müəssisə yenidən qurulub. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisəyə 16 milyon manata yaxın sərmayə yatırılıb, 90-a yaxın yeni iş yeri yaradılıb.Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, ölkədə özəlləşdirilən müəssisələr yenidən qurulur, fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Bu müəssisələrdən biri də investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatıdır (əvvəlki S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu).
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə müəssisəyə mediatur təşkil olunub. KİV nümayəndələrinə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, “S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Azerbaijan Fish Farm” MMC üzərinə bir sıra öhdəliklər götürüb və artıq onların alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrası başa çatdırılıb.
Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, ümumilikdə işçilərin sayı 115-ə çatdırılıb. İnvestor tərəfindən müəssisədəki 34 nohur tam yenidən qurulub, yeni hovuzlar quraşdırılıb, su təchizat sistemi yenilənib, ərazi abadlaşdırılıb.
İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı yaradılıb.
Müəssisənin yenidən qurulması qida sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balıq və balıq məhsullarına olan tələbatının ödənilməsinə də şərait yaradır. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə icrac edilir.
“Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir. Neftçala rayonunun Yenikənd kəndində yerləşən əsas təsərrüfatın ümumi sahəsi 58,6 hektardır. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi su təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, su çökdürücü sistemlərdən ibarətdir. Hollandiyanın “HESY Aquaculture B.V.” şirkəti tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemi və qurğularını özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı



















.jpg)

