Azərbaycan Ermənistana sözlərini yedizdirmək niyyətindədir
Azərbaycan Ermənistana “Qarabağ Ermənistandır və nöqtə” sözlərini geri götürməyə, danmağa məcbur edir. "Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır".
"Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır".
Marja xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
"Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır",- deyə dövlətimizin başçısı qeyd edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
18 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 37 d. əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Birgə Biznes Şurası yaradılıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi
-
5 saat əvvəl
Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“KazMunayGas” Bakı–Tbilisi–Ceyhan kəməri ilə neft ixracını bərpa edib
-
6 saat əvvəl
Bank of Baku istiqrazlarını ALIN, illik 13% GƏLİR QAZANIN, İSTƏDİYİNİZ VAXT SATIN
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

FED faiz qərarını açıqladı

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb

Naxçıvanda ilk qadın kooperativi yaradılır
Ən çox oxunanlar

Azərbaycan vətəndaşları yarım ildə xaricdə istirahətə 1 milyard manata yaxın xərcləyiblər

"Bakı Kart"a yeni direktor təyin edilib

Mərkəzi Bank: Bu il xam neftin orta qiymət 13,3 dollar azalıb

Şuşa Zəfər Muzeyinin layihə-smeta sənədlərini 1,1 milyon mnata İtaliya şirkəti hazırlayacaq

1 elektrik avtobusu "BakuBus"a 544 min manata başa gəlib
