Bu tarixdə Azərbaycanda sudan danışılacaq
Məhz “Gələcək üçün su” şüarı ilə 30 may 2023-cü ildə ölkəmizin aparıcı su mühəndisləri, mütəxəssisləri və dövlət rəsmiləri “Baku Marriott Hotel Boulevard”da toplaşacaqlar. Bu tarixdə Azərbaycanda sudan danışılacaq
Tədbir “Aqualink” MMC-nin təşəbbüsü, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, “AO Smith Inc.”, “Nijhuis Saur Industries”, “ARC Water Technologies” şirkətlərinin baş sponsorluğu və Azərsu ASC-nin sponsorluğu ilə təşkil ediləcəkdir.
Forum hazırda ölkəmiz və regionumuz üçün əhəmiyyətli olan “Su ehtiyyatlarının idarəedilməsi”, “Tullantı su sistemləri, təkrar emal və ətraf mühitə təsirləri”, su sistemlərinin idarəedilməsində “İnnovasiya və səmərəli həllər” mövzularına həsr edilmiş 3 paneldən ibarət olacaqdır. Hər panel yerli mütəxəssislər, rəsmi nümayəndələr və beynəlxalq ekspertlərin fikir mübadiləsi, təqdimatları və təcrübə paylaşımları ilə zəngin olacaqdır.
Forumda yerli layihələr, gələcək perspektivlər və beynəlxalq təcrübələr paylaşılacaq, dünyanın sahə üzrə aparıcı şirkətlərinin qabaqcıl texnoloji yenilikləri təqdim ediləcəkdir.
Tədbirdə dünyanın 12 ölkəsindən (Türkiyə, Ukraina, Almaniya, Niderland Krallığı, İtaliya, Yaponiya, İsrail, Danimarka Krallığı, Fransa, ABŞ, Rusiya və s.) 50-dən çox beynəlxalq mütəxəssislərin, 500 yerli şirkət və dövlət nümayəndələrinin forumda iştirakı regionda mövcud su çatışmazlıqları fonunda xarici investorların maraqlarının, eləcə də ölkəmizdə su ehtiyyatlarının idarəedilməsinə verilən diqqətin bariz nümunəsidir.
Dünyanın aparıcı su texnologiya firmalarından “BWT”, “Evoqua”, “SAUR”, “Nijhuis”, “Unidro”, “PWNT”, “AO Smith”, “ULTRAQUA”, “Atlantium Technologies”, “Hydranautics” bu tədbirə qatılaraq yerli partnyorlarla təcrübə və əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.
Tədbirə siz də qatılın, gələcək üçün suyumuzu birlikdə qoruyaq!
Xəzər Su İnnovasiya Forumuna iştirak etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://wif.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/profile.php?id=100082562530028
İnstaqram: https://www.instagram.com/waterinnovationforumbaku/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)










