"Müştərilərimiz çoxdur, boş vaxtımız, demək olar ki, olmur"
Masallı Sənaye Məhəlləsi 2018-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Buradakı "Farella" MMC döşək, "Baf" MMC divar kağızı, "Koriella" MMC yaylı yataq mebelləri istehsalı, "Kainat-2016" MMC taxta emalı ilə məşğuldurlar.
Bunlardan əlavə, məhəllədə fiziki şəxslər də öz bizneslərini qurublar. Məsələn, Süleyman Qurbanov və Əsəd Əzizov mebel, Ramiz Əsgərov plastik qapı-pəncərə istehsal edirlər.
Sənaye məhəlləsində 100 nəfərə yaxın işçi çalışır. Necə deyərlər, hər biri də öz işinin ustasıdır. Ona görə də burada istehsal olunan məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır. Nəinki Masallıdan, hətta digər bölgələrdən də adamlar bu müəssisələrə müraciət edirlər. Düzdür, məhəllənin məhsulları hələlik daxili bazar üçün nəzərdə tutulub. Lakin işlər təkmilləşdikcə, keyfiyyət yaxşılaşdıqca xarici bazarlara çıxmaq imkanları da istisna edilmir.
Sənaye məhəlləsinin nəzdində Respublika Əlil Sahibkarlar İctimai Birliyinin xüsusi kursu fəaliyyət göstərir. Burada şəhid və qazi ailələrindən, habelə həssas qruplardan olan xanımlar dərzilik və xalçaçılıq peşələrinə yiyələnirlər. Hazırda dərzilikdə 14, xalçaçılıqda 12 nəfər bu peşələrin sirlərini öyrənirlər. Kurslar 3 aylıqdır. Peşə öyrənənlərin hər birinə ayda 345 manat təqaüd verilir. İndiki kurs sıradan 3-cüdür.
Peşələri xanımlara Rəfiqə Əsədullayeva və Tünzalə Abuzərova öyrədirlər. T.Abuzərova keçmiş Bakı Mədəni-Maarif Texnikumunu bitirib. 35 ildir xalçaçılıqla məşğuldur. Dediyinə görə, cənub bölgəsinə məxsus olan "Nəbati" xalça növünü arxivdən axtarıb tapıb və hazırda şagirdlərinə öyrədir. Bununla bərabər, T.Abuzərova Masallı Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri işləyir.
Sənaye məhəlləsindəki kursları bitirən xanımların bir qismi qalıb burada işləyir, qalanları isə evlərində çalışır. Onlar Məşğulluq Mərkəzi tərəfindən lazımi avadanlıqlarla təmin olunurlar. Peşə kursunda oxuyan və oranı bitirən xanımlar sifarişlər əsasında Masallıdakı hotellər, habelə sənaye məhəlləsindəki sexlər üçün müxtəlif tikiş məmulatları hazırlayırlar. Məlumdur ki, Masallı eyni zamanda ölkəmizin turizm məkanlarından biri sayılır. Xalçaçı qızların toxuduqları kiçik həcmli xalçalar isə turistlər tərəfindən həvəslə alınır.
Sənaye məhəlləsindəki ən iri müəssisə "Koriella" MMC-dir. Sahə rəisi Rasim Ağaverdiyev deyir ki, sexlərində 40 nəfər çalışır: "Almaniya və Türkiyə istehsalı olan avadanlıqlarla 6-7 adda, istənilən ölçüdə yaylı yataq dəstləri hazırlayırıq. Avadanlıqlar təzə və müasir olduğu üçün hazırladığımız mebellər də keyfiyyətlidir. Yaxşı, möhkəm, keyfiyyətli məhsulun müştərisi də həmişə başının üstündədir. Ona görə də boş vaxtımız, demək olar ki, olmur. Əminik ki, qarşıdan gələn illərdə sənaye məhəlləmizdə yeni məhsullar istehsal olunacaq və biz həmin məhsullarla xarici bazarlara çıxacağıq".
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






