Access2Success-2: Qeydiyyat üçün son 3 gün
(®) AccessBank-ın qadın sahibkarlar üçün nəzərdə tutulmuş Access2Success layihəsinə qeydiyyat davam edir.
AccessBank-ın bu təşəbbüsü Asiya İnkişaf Bankı tərəfindən maliyyəşdirilir və mikro, kiçik və orta biznesləri idarə edən sahibkar xanımları dəstəkləmək məqsədi daşıyır.
Proqram haqqında: Proqram nəzəri və praktiki təlimlərdən ibarətdir və biznes təcrübəsi olan xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas elementlərini əhatə edən proqram iştirakçılar və təlimçilər arasında effektiv kommunikasiya üçün platforma rolunda çıxış edir.
İştirakçılar proqramdan nə əldə edəcəklər: Proqram sahibkarlara nəzəri biliklərlə yanaşı, biznes fəaliyyətlərində praktiki olaraq istifadə edəcəkləri bilik və bacarıqlar da təqdim edəcək. Təlim proqramı sayəsində iştirakçılar bizneslərinin inkişafı üçün fəaliyyət planı qura biləcəklər. Bundan əlavə, proqramın iştirakçıları bizneslərinin gələcək inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər.
Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək.
Tarixlər: Təlimlər 6 həftə, hər həftənin cümə və şənbə günləri keçiriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq.
Tələblər: Proqrama ən azı son 6 ay ərzində rəsmi biznes fəaliyyəti olan, mikro, kiçik və orta biznes idarə edən istənilən sahibkar xanım qatıla bilər.
İştirak üçün müraciət: Proqramda iştirak üçün mütləq şəkildə qeydiyyatdan keçmək lazımdır: https://forms.office.com/r/PAueusRp6d
Müraciət üçün son tarix: 03.05.2023
Proqramla bağlı suallarınızı [email protected] elektron ünvanına yaza bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 32 d. əvvəl
- 33 d. əvvəl
-
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ən çox oxunanlar
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)
.jpg)





.jpg)





