Vətəndaşlar Trendyol-dan mal alarkən çatdırılması üçün Azərbaycandakı ünvanını da göstərə biləcəklər
Artıq Trendyol.com saytından sifariş edilən məhsullar birbaşa Azərbaycan ünvanlarına da çatdırılacaqdır.
Marja xəbər verir ki, son yenilik ilə istifadəçilər Trendyol saytından “Yeni ünvan əlavə et” düyməsini sıxaraq Azərbaycan ünvanlarını da qeyd edə bilərlər.
Həmçinin, Trendyol müştərilər üçün “Gəl al” nöqtəsi xidmətini də təklif edir. Bu xidmət ilə istifadəçilər onlara ən yaxın təhvil almaq məkanında sifarişlərini ala bilərlər.
İndiyədək, Trendyol saytından məhsul alan Azərbaycan vətəndaşları malı əsasən karqo şirkətlərinin Türkiyədəki ünvanlarına çatdırılmasını qeyd etməklə ala bilirdilər. Karqo xidmətləri müəyyən xidmət haqları qarşılığında malı Azərbaycana çatdırırdı. Artıq vətəndaşlar çatdırılma ünvanı olaraq karqo şirkətlərinin Türkiyə ünvanları ilə bərabər Azərbaycandakı öz ünvanlarını da gösətərə biləcəklər.
Bir neçə gün öncə "PAŞA Holdinq" ilə müqavilə "Trendyol" arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək. Həmçinin, Trendyol və PAŞA Holding Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
Qeyd edək ki, "PAŞA Holdinq" ilə imzalanmış müqaviləyə əsasən onlayn "Umico Market" üzərindən "Trendyol" məhsullarının satışı üzrə əməkdaşlığın genişləndiriləcəyi gözlənilir. "Trendyol"dan alınan məhsulların Azərbaycana karqo şirkətləri vasitəsilə daşınması olduğu kimi qalır. "Starex" şirkəti "Trendyol"un Azərbaycan üzrə ilk rəsmi daşıma tərəfdaşıdır. "Trendyol"dan "Azərbaycandakı ünvana çatdırılması" seçilməklə alınan məhsulların daşınmasını "Starex" şirkəti həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


