Onlayn satışa başlamaq istəyən biznesmenlər üçün tədris proqramına start verilir

“Odero” brendi Türkiyənin “Koç Holding” şirkətlər qrupunun üzvü, Türkiyənin lider ödəniş xidməti provayderi olan “Token Finansal Teknolojiler A.Ş” şirkətinin elektron ticarət sahəsindəki markasıdır.
Maka Azərbaycanın iqtisadiyyatına öz töhfəsini vermək, həm də dünyada çox geniş yayılmış e-ticarəti bir vərdişə çevirmək üçün Azərbaycan bazarına da daxil olub.
“Koç Holding”in Odero brendinin rəhbəri Raşit Kartal müsahibəsində bildirib ki, “Odero”, birinci növbədə, onlayn satışlarla heç məşğul olmamış və ya onlayn satışa başlamaqdan çəkinən kiçik və orta sahibkarlıq subyektlərinə veb-sayt platforması və veb-sayta inteqrasiya edilmiş ödəniş servisi kimi xidmətlərlə kompleks (ing. “end-to end”) həllər təklif edir.
Ödəniş platformamız olan “Oderopay”in qabaqcıl xüsusiyyətlərinə linklə ödəniş, abunə ödənişi, kartın yadda saxlanması, qaydalara və süni intellektə əsaslanan dələduzluq əleyhinə alqoritm (ing. “Rule Base and AI Base Anti Fraud”), ödənişlər üzrə hesabatlar, ödənişlərin qismən qaytarılması kimi funksiyalar daxildir.
HƏMÇİNİN OXU: “Hədəfimiz Azərbaycan e-ticarətinə yenilik gətirərək, bazarda lider olmaqdır” - MÜSAHİBƏ
Raşit Kartal müsahibəsində qeyd edib ki, biznesmenlər onlayn satışa başlamaq istəsələr də, bununla bağlı onları çəkindirən bəzi məqamlar var: “Belə məqamlara misal olaraq, ilk növbədə, Azərbaycanda onlayn satışın alınmayacağı barədə onlarda formalaşmış düşüncədir. Axı niyə alınmasın? Biz, yəni “Odero” brendi bu düşüncəni aradan qaldıracağıq. Bu məqsədlə onlayn satış sahəsində şirkətimizin nəzdində qurduğumuz “Odero” akademiyasında sertifikatlı tədris proqramına start veririk. ”Odero” akademiyasında verəcəyimiz onlayn satış dərslərində iştirak edərək, həm yuxarıda qeyd etdiyimiz mənfi düşüncədən uzaqlaşın, həm də cəmi 3 addımda e-ticarətə başlayın”.
"E-ticarətə ilk addımlar və professional həllər" təlimi
Tarix: 6 may 11:00
Ünvan: Lotfi Zadeh Technology Center - X (LTCx)
Xocalı pr. 37, Dəmirçi Tower
Qeydiyyat üçün link: https://forms.gle/LV7rc2Kdf5CoL2L56
Ətraflı məlumat üçün: 012 310 57 10
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
