Azərbaycan və Koreya arasında tibbi sığorta sistemin təkmilləşdirilməsinə yönəlik memorandumlar imzaladı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 1-5 may tarixlərində Koreya Respublikasında işgüzar səfərdə olublar.
Agentliyin yaydığı məlumatda bildirilir ki, səfər müddətində Koreya Respublikasının bir sıra dövlət qurumları ilə görüşlər keçirilmiş, tibbi sığorta sisteminin inkişaf perspektivləri müzakirə edilmişdir, habelə bu sahədə tərəfdaşlığın genişlənməsinə əlavə imkanlar açan Anlaşma Memorandumları imzalanmışdır.
Belə ki, Agentlik və Koreya Respublikasının Milli Tibbi Sığorta Xidməti (NHIS) arasında imzalanan Memorandum tibbi sığorta sistemini təkmilləşdirmək və bu sahədə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Sənəddə həmçinin informasiya və qabaqcıl təcrübə mübadiləsi, birgə seminarlar, konfranslar, peşəkarlar üçün təlimlər, təcrübə və mübadilə proqramlarının keçirilməsi nəzərdə tutulur. Memorandum sığorta uyğunluğunun və sığorta ödənişlərinin idarə edilməsi, sığorta yığımlarının toplanılması, tibb müəssisələrinin fəaliyyətinin təşkili, sığorta maliyyəsinin səmərəliliyi, sağlamlıq haqqında ictimai məlumatlılığın artırılmasına istiqamətlənir.
Agentlik və Koreya Respublikasının Tibbi Sığortaya Baxış və Qiymətləndirmə Xidməti (HIRA) arasında imzalanan Memorandum isə tibbi xidmətlərin satın alınması, o cümlədən, göstərilən xidmətlər üzrə tibbi iddiaların yoxlanılması, Xidmətlər Zərfinin formalaşdırılması, dərman vasitələrinin və tibbi cihazların tariflərinin müəyyən olunması, ödəniş mexanizmlərin hazırlanması və təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyəti, informasiya texnologiyaların tətbiqi sahələrində təcrübə mübadiləsinin təşviqinə yönəlib. HIRA ilə qurulan əməkdaşlıq onun beynəlxalq icma və təşkilatlarla bölüşdüyü bilik və təcrübələrini əldə etməklə tibbi sığorta sistemində xidmət keyfiyyətini daha da yaxşılaşdırmağa istiqamətlənir. Eləcə də, Memorandumla Azərbaycan və Koreya Respublikasının tibbi sığorta sahələri üzrə birgə tədqiqatların aparılması və nəticələrin beynəlxalq jurnallarda nəşr etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, NHIS vətəndaşları tibbi sığorta ilə təmin edən dövlət qurumu, HIRA isə Səhiyyə və Rifah Nazirliyinin tabeliyində fəaliyyət göstərən keyfiyyətin yoxlanılması və qiymətləndirilməsinə cavabdeh olan dövlət qurumudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























