Türkiyə: "Taxıl müqaviləsinin uzadılması şansları var"
Mayın 18-də başa çatacaq taxıl müqaviləsinin uzadılması şansları var.
Marja xəbər verir ki, bunu bazar günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “Habertürk” telekanalının efirində bildirib .
"Ümid edirəm ki, taxıl sövdələşməsi uzadılacaq, bununla bağlı şanslar var. Bu istiqamətdə lazımi səylər göstərilir",- o deyib.
22 iyul 2022-ci ildə İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb. Ötən ilin noyabrında müddət uzadılıb. Bu il martın 18-də Rusiya sazişin müddətini 60 gün uzadacağını elan edib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, sövdələşmənin uzadılması ilə bağlı növbəti qərar Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından, sığorta müqaviləsinin ləğvindən və s. asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
6 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dekabrın 28-də gözlənilən hava şəraiti
Xalq Bank 21 illiyini qeyd edir
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb




















