Ferrari bazar dəyəri sürətlə artır - 50 MİLYARD AVROYA YAXINLAŞIB
Ferrari-nin bazar dəyəri Fiat kimi bir çox markanın daxil olduğu Stellantis-i geridə qoyaraq 52 milyard avroya çatıb.İtaliyanın lüks avtomobil markası Ferrari bazar dəyərində daha bir həddi keçib.
Marja xəbər verir ki, ilin əvvəlindən bu yana Ferrari-nin səhmləri 40 faizə yacın bahalaşıb, bu Ferrari-nin bazar dəyərini 52 milyard avroya (57 milyard dollar) yüksəldib. Beləliklə, Ferrari-nin bazar dəyəri Fiat və Peugeot kimi markaların daxil olduğu Stellantis-i ötüb. Eyni dövrdə Stellantis-in bazar dəyəri 47,1 milyard avro olaraq qalıb.
Stellantis "çətiri" altında Ferrari-nin italyan rəqibi "Maserati" də yer alır.
Stellantis keçən il ümumilikdə 5,78 milyon, Ferrari isə 13 min 221 avtomobil satıb. Ferrari-nin SUV modeli Purosangue 402 min dollara satışa çıxarılıb.
Ferrari-nin bazar dəyərindəki son artım, bazar oyunçularının gözləntilərini yüksəltməsinə səbəb olub. "RBC Capital" birinci rübdə nəticələrin yaxşı olmadığını qeyd etsə də, hədəf qiymətini 321 avroya çatdırıb. Şirkətin səhmləri bazar ertəsi günü 268,50 avro ilə bağlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 19 d. əvvəl
- 28 d. əvvəl
-
39 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 43 d. əvvəl
-
55 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)



.jpg)







