“Azərpoçt” Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb
“Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.
MMC-nin yaydığı məlumatda bildirilir ki, bu gün “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi, “Azərpoçt” MMC-nin təşkilatçılığı ilə markaların möhürlənməsi mərasimi keçirilib və poçt markaları şəhid övladları tərəfindən möhürlənib.
Tədbirdə Ümummilli Liderin keçdiyi şərəfli həyat yolu və zəngin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Ulu Öndər Azərbaycanı bir dövlət kimi ağır və mürəkkəb sınaqlardan çıxarıb, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib, onun həyata keçirilməsi istiqamətində mühüm addımlar atıb.
Vurğulanıb ki, bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində inamla irəliləyir.
Sonra şəhid övladlarına 1993-cü ildən etibarən Ulu Öndərə həsr edilməklə nəşr olunmuş poçt markaları haqqında qısa film nümayiş etdirilib.
Qeyd edək ki, poçt markaları kolleksiyaçılar üçün böyük töhfə olmaqla yanaşı, məktubların üzərinə vurulmaqla dünyada ölkəmizin təbliği sahəsində mühüm rol oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 d. əvvəl
-
-
29 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 31 d. əvvəl
-
36 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Ən çox oxunanlar
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı























