İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın sənaye klasteri ilə əməkdaşlıq edəcək
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Russia Halal Expo” beynəlxalq sərgisi çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Tatarıstan Respublikasının Sənaye Klasteri arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
İZİA-dan Marja-ya daxil olmuş məlumata görə, sənədə əsasən hər iki ölkənin sahibkarları arasında əməkdaşlıq əlaqələrinin qurulması və sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi, sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi, biznes səfərlərin təşkili, qarşılıqlı maraq doğuran layihələrin birgə işlənilməsi nəzərdə tutulur.
Memorandum İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev və Tatarıstan Respublikasının Sənaye Klasterinin İdarə Heyətinin sədri Sergey Mayorov tərəfindən imzalanıb.
Qeyd edək ki, “Russia Halal Expo” Sərgisi 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edən sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























