Sudan səmərəli istifadə, su ehtiyatlarının effektiv idarəedilməsi və ətraf mühitin qorunması mövzusunda beynəlxalq tədbir keçirilir
“Aqualink” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə 30 may 2023-cü il tarixində Bakıda dünyanın aparıcı su mütəxəssisləri və ekoloqlarının iştirakı ilə ikinci Xəzər Su İnnovasiya Forumu keçiriləcək. “Gələcək üçün su!” şüarı ilə keçiriləcək bu ilki Foruma qeyd olunmuş sahələr üzrə dünyanın 15 ölkəsindən 26 aparıcı şirkət, o cümlədən 60 dan beynəlxalq səviyyəli peşəkar mütəxəssislər qatılacaqlar.
Forum ölkəmizdə və regionda sudan səmərəli istifadəni təşviq etmək, tullantı suların təkrar emalı vasitəsi ilə ətraf mühitə neqativ təzyiqlərin azaldılmasına nail olmaq, su ehtiyatlarının effektiv idarəedilməsi istiqamətində beynəlxalq təcrübə və qabaqcıl texnologiya mübadiləsi ilə maarifləndirmə təmin edən peşəkar müzakirə platformasıdır.
Hazırda dünyada şirin su ehtiyatlarının tükənməsi, iqlim dəyişikliyi və qlobal istiləşmə su ehtiyatlarının və yer səthinə düşən yağıntıların kəskin azalmasına səbəb olmuşdur. Belə şəraitdə mövcud su ehtiyatlarının effektiv idarəetməsinin təşkili, quraqlığa davamlı bitkilərin əkini, sənayedə sudan səmərəli istifadə, tullantı suların təkrar emalı önəm daşımaqdadır. Bütün qeyd edilən mövzular ətrafında mövcud vəziyyət, gələcək perspektivlər və çağırışlar, sənayenin hazırlıq səviyyəsi və beynəlxalq təcrübə Xəzər Su İnnovasiya Forumunun əsas müzakirə mövzularıdır. Xəzər Su İnnovasiya Forumu dünyanın su sənayesinin aparıcı iştirakçılarını ölkəmizdə bir araya gətirərək regionda su ehtiyatlarının səmərəli və effektiv idarəedilməsinə öz töhfəsini verəcəkdir.
Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu ilə təşkil ediləcək Forumda Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika krallıqlarınin, Türkiyə, Ukraina, İzrail, Yaponiya və s. ölkələrinin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarımızla paylaşacaqlar.
Forum bu sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl şirkətləri, beynəlxalq təşkilatları, elmi tədqiqat müəssisələrini yeniliklər və innovativ həllərlə yaxından tanış edəcək, təcrübə mübadiləsini təmin edəcək, təlim və əməkdaşlıq platforması vasitəsilə yerli mütəxəssis və sahibkarlara dəstək olacaq, sudan qənaətlə istifadə, təbii ehtiyatların qorunması və ətraf mühitə neqativ təzyiqlərin azaldılması sahəsində ixtisaslaşmış müzakirələrin aparılmasını təmin edəcəkdir.
Panel müzakirələri formatında keçiriləcək Forum “Su ehtiyyatlarının idarəedilməsi”, “ Çirkab (tullantı) su sistemləri, təkrar emal və ətraf mühitə təsirləri” və “Su texnologiyalarında innovasiya və qənaətli çözümlər” mövzularına həsr edilmiş panellərdən ibarət olacaq. Hər panel yerli və xarici mütəxəssislər, dövlət nümayəndələri və beynəlxalq ekspertlərin fikir mübadiləsi, təqdimatları və təcrübə paylaşımları ilə zəngin olacaqdır.
Xəzər Su İnnovasiya Forumu Caspian Energy Clubun netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə 30 May 2023-cü il tarixində ölkəmizdə sudan səmərəli istifadəni təşviq edəcək, su ehtiyyatlarının və sənayedə suyun idarə edilməsində ən qabaqcıl yeniliklərə ölkə sənayesinə öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi, “Azərsu” ASC-nin sponsorluğu, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatının dəstəyi və “Gələcək üçün su” şüarı ilə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumuna siz də dəstək olun. Bu fürsəti əldə qaçırmayın! İştirak etmək üçün internet səhifəmizdən və sosial şəbəkə ünvanlarımızdan bizə yazın. Gəlin, gələcəyimiz üçün suyumuzu birlikdə qoruyaq!
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















