Kapital Bank “Women Bankers Club”la birgə layihə həyata keçirdi
(®) 21 may 2023-cü il tarixində ölkənin ilk və yeganə qadın bankçılar platforması olan “Women Bankers Club” (WBC) Kapital Bank-la birgə “Yetər ki, varsan!” adlı tədbir keçirib.
Görüşdə “Women Bankers Club”un üzvləri, Azərbaycan maliyyə sektorunda rəhbər vəzifələrdə çalışan xanımlar, Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun üzvləri və digər qonaqlar iştirak edib.
Tədbir zamanı psixoloq Gülnarə Əkbərova “Yetər ki, varsan!”, PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova “Mənim uğur fəlsəfəm”, şəxsi transformasiya məsləhətçisi Mehmet Bayramoğlu “Mən kiməm?”, transformasiyalar üzrə ekspert, Geştalt kouç - Sevda Əliyeva isə “İkigai 2.0 və ya transformasiya alqoritmi” mövzularında çıxış ediblər.
Qeyd edək ki, WBC maliyyə sektorunda fəaliyyət göstərən qadınların uğurlu ünsiyyətini həyata keçirməyə imkan yaradan bir platformadır. Yarandığı gündən daim təlimlər, master-klaslar, eləcə də təhsil layihələrini həyata keçirən klubun hazırda mindən çox üzvü var.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















