Dövlətə məxsus və dəyəri 10 milyon manat olan tekstil şirkəti satışa çıxarıldı
Əsas fəaliyyət növü iplik və trikotaj məhsullarının istehsalı olan “Sumqayıt Tekstil” özəlləşdirilir.“Sumqayıt Tekstil” MMC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində cəmiyyətin dövlətə məxsus və ümumi dəyəri 10 milyon 112 min manat olan 101.120 payı satışa çıxarılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Sumqayıt Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus 100%-lik paylarının satışı üzrə investisiya müsabiqəsi elan edir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 3 ünvanında yerləşən “Sumqayıt Tekstil” MMC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi dəyəri 10 mln. 112 min manat olan 101.120 payı satışa çıxarılıb. Müəssisənin 346.641 manat həcmində öhdəlikləri var.
“Sumqayıt Tekstil” MMC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8 mln. manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, mövcud tikili, qurğuların bərpası və yenidənqurulması, tekstil üzərində işləmələrə dair yeni texnologiyaların tətbiqi, infrastruktur təminatının təkmilləşdirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqənin qalibi cəmiyyətdəki dövlət payının alınmasına görə dövlət büdcəsinə 4 mln. manatdan az olmayan məbləğdə vəsaitin ödənilməsini təmin etməlidir. Müsabiqənin qalibi həmçinin, nəticələr təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, təklif etdiyi pul vəsaitini müqavilədə qeyd olunmuş müddətdə dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları və xarici investorlar iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://clck.ru/34Z68N linki vasitəsilə tanış olmaq olar:
İddiaçıların ərizə və təkliflərinin qəbulu 6 iyul 2023-cü il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Dövlət Xidmətinin inzibati binasında 7 iyul 2023-cü il saat 15:00-da həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 29 d. əvvəl
-
-
33 d. əvvəl
Azərbaycanın ötən il Gürcüstanda ən çox sərmayə yatırdığı sahə açıqlanıb
-
34 d. əvvəl
Gələn il Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi bir milyard dollara çata bilər
-
36 d. əvvəl
Mərkəzi Bankda kapital bazarlarının infrastrukturunun gücləndirilməsi müzakirə edilib
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
DTX-nın Balakəndə əməliyyat keçirirdiyi, İcra başçısının saxlanıldığı bildirilir
-
2 saat əvvəl
Starbucks-ın satışları təxminən 2 ildən sonra ilk dəfə artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hər tərzə uyğun yatırım hesabı
Oktyabrın 31-də gözlənilən hava şəraiti
“Prior Credit BOKT”ın vəzifəli şəxsi cərimə edilib
Ən çox oxunanlar
Starbucks-ın satışları təxminən 2 ildən sonra ilk dəfə artıb
Samsung mənfəətini ikiqat artırıb
Azərbaycanda 5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstəyi gücləndirir
Fintex Assosiasiyasının yeni rəhbəri seçildi – Edqar Abdullayev













.jpg)












