"Azərbaycandan tranzit yük daşımalarının 20 milyon tonun üzərində olması üzərində işləyirik"
Azərbaycandan tranzit yük daşımalarının 20 milyon tonun üzərində olması üzərində işləyirik.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib.
O bildirib ki, tranzit daşımalarla bağlı problemlərin aradan qaldırılması üçün daşıyıcılar arasında sorğu keçirilib.
"Əsas şikayətlər çatdırılma qiymətinin və tariflərin qeyri-şəffaf şəkildə formalaşdırılması və son istifadəçi üçün loqistik həllərin tam şəkildə formalaşdırılmaması, çatdırılma müddəti ilə bağlı idi. Sorğunun nəticələri atılacaq addımlarla bağlı təhlil edildi. Nəticədə, biz daşıma müddətini 35-50 gündən 16-20 günə endirilməsinə nail olunub. Bu rəqəmin ilin sonuna kimi 15 günə endirilməsi ilə bağlı işlər aparılır. Tərəfdaşlarla aparılan danışıqlar əsasında fiks tarifin müəyyən edilməsinə nail olmuşuq. Daha sistematik qiymət siyasətinin və tarif formalaşması üzərində işlər aparılır. Çindən Avropa daşınan yüklərlə bağlı əsas narazıçılıq yüklərin çatdırılma müddəti ilə bağlıdır. Çindən Qara Dənizə konteynerlərin 20 günə çatdırılmasına nail olmuşuq" - Emil Məmmədov əlavə edib.
Azərbaycanda yük daşımalarının 54 mln. tona çatdırmaq imkanları var
"Azərbaycanda dəhlizlər üzrə yük daşımalarının həcmini 54 milyon tona çatdırmaq imkanları var", - Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib.
O bildirib ki, hazırda Şərq-Qərb dəhlizi üzrə tranzit yük daşımaların həcmi 15 milyon tondur.
"Azərbaycan Dəmir Yolları əsas operator olaraq həm Şərq-Qərb, həm də Şima-Cənub dəhlizlərinin ölkə üzrə inkişafına töhvə verməyə çalışır.
Yerli tərəfdaşlar, eyni zamanda qonşu ölkələrlə qurulan kommunikasiya daşımaların həm çatdırılma tarifinin, həm də çatdırılma müddətinin azaldılmasına təsir edib" - Emil Məmmədov əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 28 d. əvvəl
-
49 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 56 d. əvvəl
- 59 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Ən çox oxunanlar
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
















.jpg)


