Seleksiya yolu ilə əldə edilən “Lider 55” toyuqları satışa çıxarılacaq
Aqrar Universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində bəslənilən ətlik istiqamətli “Lider-55” adı verilən yeni toyuqlar 10 gündən sonra satışa çıxarılacaq.
Bu barədə Aqrar Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən Quşçuluq Tədris-Təcrübə Mərkəzinin rəhbəri Urfan Məmmədov məlumat verib.
Bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Müsüslü Quşçuluq Təsərrüfatı arasında bağlanmış müqaviləyə əsasən, mərkəzdə yeni yaradılmış “Lider 55” adı verilən ətlik toyuqlar yetişdirilir. Bu toyuqları seleksiya yolu ilə Aqrar Universitetin doktorantı, Müsüslü Quşçuluq Təsərrüfatının rəhbəri Qiyas Hacıyev əldə edib. Sınaq təcrübələri universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində aparılıb.
Hazırda ölkəmizdə bəslənilən bütün cinslərdən olan ətlik və yumurtalıq ev quşlarının patentinin xarici ölkələrə məxsus olduğunu deyən Urfan Məmmədov “Lider 55” toyuqlarının patentinin alınması üçün müraciət edildiyini də vurğulayıb.
Qeyd edək ki, “Lider 55” toyuqları görünüşünə görə kənd toyuq cinsinə yaxındır.
Lakin bu toyuqlar kənd toyuq cinsindən daha tez yetişir, az yem sərf etməklə daha keyfiyyətli quş əti əldə etmək mümkündür. Bu toyuqların ətinin dadı kənd toyuğunun dadı ilə eynidir, genetik sağlamdır, xəstəliklərə qarşı dözümlüdür, yerli şəraitə uyğundur. Broyler quşlarında xromosomların sayı 72-dirsə, kənd toyuqlarında və əldə edilən “Lider-55” ev quşlarında 78-dir.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)



