Lirənin ucuzlaşması Azərbaycanda Türk mallarının qiymətlərinə necə təsir edəcək?
Lirənin ucuzlaşması Azərbaycana ixrac olunan türk məhsullarının qiymətinə necə təsir edəcək?
Türkiyənin milli valyutası ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. 2022-ci ilə qədər müəyyən artım və azalma ilə müşahidə edilən lirənin dollara nisbətdə səviyyəsi 2021-ci ilin dekabr ayında 18 lirədan 11 lirəyə endi. 2022-ci ili 13 lirədən başlayan milli valyuta həmin ilin mayınadək daha 12,3 % ucuzlaşıb. Daha sonra il ərzində valyuta ehtiyatlarından istifadə olunaraq məzənnə uzun müddət 18-19 lirə aralığında sabitləşdi. 2023-cü ildə isə lirə dollar qarşısında təkrar dəyər itirməyə başladı. Mayın 28-dən bugünədək lirə dollara nisbətdə təxminən 16 % dəyər itirdi və hazırda USD/TL məzənnəsi 23 lirə səviyyəsində müəyyən olunub. Lirənin dəyər itirməsi, Türkiyədə kəskin qiymət artımına gətirib çıxarıb.
Bəs Türkiyədə lirənin ucuzlaşması həmin ölkənin istehsal etdiyi məhsulların Azərbaycana ixrac qiymətlərinə təsir edirmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Türkiyədə lirənin ucuzlaşması ixrac olunan məhsulların qiymətinə təsir göstərir:
"Belə ki, şirkət məhsulu istehsal edib anbarlara təhvil verəndən sonra alıcı onu yeni məzənnə ilə aldığı üçün ucuz başa gəlir. Lakin bu davamlı ucuzlaşma deyil. Anbarlarda məhsullar yeniləndikcə qiymətlər yeni məzənnəyə uyğun olaraq dəyişir. Bir sözlə lirənin məzənnəsi ucuzlaşan zaman məhsulların alışında müvəqqəti ucuzlaşma baş verir".
Milli Məclisin deputatı Vüqar Bayramov isə qeyd edib ki, Türkiyədə valyuta sabitliyinə nail olmaq zaman alacaq: "Hazırda lirənin dollara nisbətən ucuzlaşması digər valyutalara nisbətdə də təsir göstərir: “Cari ilin 4 ayının yekunlarına əsasən Türkiyədə inflyasiya səviyyəsi 45 %-dən çoxdur. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə o zaman uzunmüddətli qiymət azalması və optimallaşması baş verər. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir”.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Türkiyədən 1 milyard 844 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, 2020-ci illə müqayisədə 18 %-ə yaxın artım deməkdir. Ötən il isə Türkiyədən Azərbaycana 2 milyard 297 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2021-ci illə müqayisədə 24,6 % çoxdur. Həmçinin cari ilin yanvar-aprel aylarında Azərbaycan qardaş ölkədən 10,3 % artımla 758 milyon 190 min ABŞ dolları dəyərində məhsul idxal edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
30 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 33 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
