“PAŞA Bank”ın tərəfdaşlığı ilə keçirilən “Best Managed Companies Azerbaijan 2023” müsabiqəsi başa çatıb
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” Azərbaycanda növbəti dəfə keçirilən “Best Managed Companies” müsabiqəsinin tərəfdaşı olub.
İyun ayının 7-də baş tutan bağlanış mərasimində müsabiqə qaliblərinin adları açıqlanıb. Beləliklə də, Avrora, Metak, Norm Sement və Veysəloğlu Şirkətlər Qrupu müsabiqənin qalibi seçilərək qlobal biznes icmasının üzvünə çevrilmək imkanı qazanıblar.
"bestTədbirdə çıxış edən “PAŞA Bank”ın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev layihənin əhəmiyyətindən danışarkən bildirib: ”Deloitte” Azərbaycan şirkəti və digər tərəfdaşlarımızla əməkdaşlıqda həyata keçirilən bu unikal platforma vasitəsilə biznes fəaliyyətləri ilə seçilən yerli şirkətləri fərqləndirə, onlarla öz təcrübəmizi və tövsiyələrimizi bölüşə bildik. İnanıram ki, iştirakçılar bu təcrübəni fəaliyyətlərini daha da genişləndirməyə, mövqelərini möhkəmləndirməyə və yeni işgüzar əlaqələr qurmağa yönəldəcək”.
Qeyd edək ki, “Best Managed Companies” layihəsi çərçivəsində münsiflər heyəti şirkətləri strategiya, təşkilatın imkanları və innovasiyalar, korporativ idarəetmə və maliyyənin idarə edilməsi, korporativ mədəniyyət və məsuliyyət kimi 4 əsas meyar üzrə dəyərləndirib.
Məlumat üçün bildirək ki, “Best Managed Companies” layihəsi “Deloitte” şirkəti tərəfindən 30 il ərzində 46 ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. “PAŞA Bank” ölkəmizdə 2021-ci ildən etibarən “Deloitte” Azərbaycan şirkəti tərəfindən təşkilat edilən bu layihəyə tərəfdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















