Azərbaycanlı dünyanın ən qətiyyətli və yenilikçi iş adamları sırasında yer alıb
“EY” şirkəti dünyada iqtisadiyyat və icmalar üçün uzunmüddətli dəyər yaradan, hədəflərə doğru inamla irəliləyən və ətrafdakıları ilhamlandıran sahibkarları mükafatlandırır. Bu təşəbbüskar və uzaqgörən sahibkarlar 6-9 iyun tarixində Monakoda Dünya üzrə İlin İş adamı adı uğrunda mübarizə aparıblar. Müsabiqənin bu ilki qalibi Tayvanın GlobalWafer şirkətinin başçısı Doris Hsü (Doris Hsu) olub.
Qalib “EY” şirkətinə aid olmayan və dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri və biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçilib.
Azərbaycanı müsabiqənin beynəlxalq mərhələsində Simbrella şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov təmsil edərək dünyanın ən qətiyyətli və yenilikçi iş adamları sırasında yer alıb.
Seymur Məmmədov “EY” şirkətinin Azərbaycanın iş adamları arasında artıq dördüncü ildir ki, keçirdiyi “İlin İş Adamı” müsabiqəsinin 2023-cü il üzrə qalibidir. O, bu mötəbər müsabiqədə qələbəsini belə dəyərləndirib: “Bu müsabiqədə iştirak edən sahibkarların hər biri qalib olmağa layiq idi. Onlarla birlikdə finalda iştirak etmək mənim üçün bir şərəfdir. Seçilməyimi gözləməsəm də bu, mənim üçün çox sevindirici və qürurverici idi. Qalib elan olunduğum zaman ikili hisslər yaşadım. Biz bu qəbildən olan müsabiqələrin bir növ subyektiv xarakter daşıdığını da anlayırıq. Çünki müsabiqə iştirakçılarının dəyərləndirilməsi meyarları fərqli ola bilər. Bu baxımdan özümü şanslı hesab edirəm və düşünürəm ki, mən müsabiqənin hazırkı meyarlarına uyğun gəlmişəm”.
“EY İlin İş Adamı” müsabiqəsi haqqında
“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri sayılan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır və sağlam rəqabəti təşviq edir. Onların yenilikçi fəaliyyəti və məqsədlərə sadiqliyi ətrafdakıları həvəsləndirərək daha yaxşı iş dünyasının qurulmasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
28 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
-
- 30 d. əvvəl
-
35 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Ən çox oxunanlar
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM





















