Veysəloğlu Şirkətlər Qrupu Qarabağın bərpası istiqamətində görülən işlərə dəstəyinə görə sertifikat aldı
(®) Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı biznes qurumları ilə görüş keçirilib.
Tədbirdə Qarabağa investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi, potensial investorlardan təkliflərin toplanması və təhlili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurulması ilə bağlı dəstəyinə görə Veysəloğlu Şirkətlər Qrupuna “İanə sertifikatı” təqdim olunub. Mükafatı Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü İlqar Nuri qəbul edib.
“Qarabağı dirçəltmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. İşğaldan azad olunan ərazilərin bərpası və yenidənqurulması, habelə dayanıqlı inkişaf üçün Şirkətlər Qrupu olaraq bütün səylərimizi birləşdirmişik”,-deyə Müşahidə Şurasının üzvü İlqar Nuri bildirib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi və vasitəçiliyi ilə Zəngilan rayonunda bitki və tarlaların suvarılması üçün Zəngilan rayonuna suvarma avtomobili ianə edib.
17 iyun 2023-cü il tarixində Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















