“Fintex Summit 2023”də SİMA-nın iki yeni məhsulu təqdim edildi
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda təşkil olunan “Fintex Summit 2023 – Maliyyə və Texnologiya Ekspo” sammitində iştirak edib.
Bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyası və təhlükəsizlik mövzularında keçirilən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətləri, eləcə də dövlət qurumlarını təmsil edən rəhbər şəxslər çıxış ediblər. Qeyd olunan mövzularla bağlı 25 məruzəçi tərəfindən iştirakçılara geniş məlumatlar verilib.
“AzInTelecom” MMC sammitdə stendlə çıxış edib və əməkdaşlar tərəfindən tədbir iştirakçılarına SİMA brendinin məhsulları ilə bağlı ətraflı məlumatlar təqdim olunub.
Sammitdə “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal həllər platformasının iki yeni məhsulu – SİMA Data və SİMA Biometriya ilk dəfə olaraq ictimaiyyətə təqdim edilib.
Şirkətin stendinə yaxınlaşaraq məhsullar barədə sorğuda iştirak edən hər kəsə hədiyyələr verilib və yüksək nəticə göstərən iştirakçılar isə xüsusi mükafatlarla təltif olunub.
Məlumat verilib ki, SİMA Biometriya biometrik identifikasiyaya əsaslanan xidmət növüdür. Bu həllin vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna biləcəyi qeyd edilib. SİMA Biometriya ictimai nəqliyyat, hotel və istirahət mərkəzlərində, məktəb və universitetlərdə, müştəri xidmətləri mərkəzlərində və digər yerlərdə insanların kimliyini təsdiqləməklə ödənişlər etmək və ya girişə icazə vermək məqsədilə tətbiq edilə bilər.
Qeyd edək ki, SİMA Biometriya həlli üzərindən həm fiziki, həm də davranış biometriyaları üzrə xidmətlər təqdim etmək planlaşdırılır.
SİMA-nın digər yeni məhsulu olan SİMA Data barəsində isə qeyd olunub ki, bu həll biznes fəaliyyəti zamanı tələb olunan məlumatlara çıxışı təmin edən veb-xidmətlər platformasıdır. SİMA Data tərəfdaşlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla, xidməti əldə etmiş tərəfdaşlara əməliyyatlar zamanı tələb olunan istənilən məlumatı sürətli və rahat şəkildə təmin edəcək.
Sammit iştirakçılarına məlumat verilib ki, “AzInTelecom” MMC-nin ötən il istifadəyə verdiyi SİMA yeni nəsil rəqəmsal imza qısa zamanda bazarda istifadəçi davranışlarını dəyişərək yeni standartlar formalaşdırıb. Qısa müddət əvvəl SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün həlli də istifadəyə verilib. SİMA ilə 20-dən çox tərəfdaşın xidmətlərindən onlayn şəkildə yararlanmaq mümkündür. Hazırda 100-dən çox müəssisənin inteqrasiyası davam etdirilir. SİMA mobil tətbiqi artıq 400 minə yaxın istifadəçi tərəfindən yüklənib.
Tədbirin gedişində “AzInTelecom”un əməkdaşları sammitdə iştirak edən yerli və xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Gələcəkdə tərəfdaş qismində çıxış edə biləcək qurumların nümayəndələri ilə birgə həyata keçiriləcək layihələr və xidmətlərin qarşılıqlı mübadiləsi ətrafında diskussiya aparıblar.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 saat əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
7 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
8 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
8 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
9 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
10 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb






.jpg)
.jpg)









.jpg)



