“Azərpoçt” və Təhsil Tələbə Krediti Fondu anlaşdı
“Azərpoçt” MMC və Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb14 iyun 2023-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu “Azərpoçt” MMC və Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində “Azərpoçt” MMC-nin və Təhsil Tələbə Kredit Fondunun İdarə heyətinin sədrləri və rəhbər şəxsləri iştirak ediblər.
“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov bildirib ki, milli poçt operatoru artıq son iki ildir ki, bütün sahələrdə yenilənmə istiqamətini əsas tutur. Belə ki, transformasiya proseslərinə gedən qurum üçün insan resurslarının inkişafı, eləcə də bölgələrdə savadlı mütəxəssislərin işə cəlb olunması və bununla da əmək bazarında kadrların müvafiq iş yerləri ilə təmin edilməsi baxımından bu memorandum mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Fondun fəaliyyət istiqamətləri, tələbələrə göstərilən dəstək barədə məlumat verib və bu memorandumun əmək bazarına verəcəyi töhfədən söz açıb.
Qeyd edək ki, memorandum Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə Fondun, Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq qarşılıqlı təcrübə mübadiləsi, sosial cəhətdən həssas ailələrdən olan tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi, təhsil tələbə kreditlərindən yararlanmış namizədlərin poçt, telekommunikasiya və digər əlaqəli ixtisaslara uyğun peşələrə yönləndirilməsi və işlə təmin olunması, bu xüsusda birgə proqramların təşkili və birgə fəaliyyət göstərməklə müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























