Əhalinin borclanma səviyyəsi artır
"2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlmişdir".
Marja xəbər verir ki, bu, Mərkəzi Bank tərəfindən 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Qeyd edilib ki, tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olmuşdur. Cari ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilmişdir. Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsədə, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirmişdir.
Sorğu nəticələrinə əsasən cari ilin I rübündə istehlak və ipoteka portfeli üzrə kredit standartlarında yumşalma tendensiyasının səngiməsi meylləri müşahidə edilmişdir. Banklarla rəqabət və portfelin keyfiyyəti ipoteka kreditləri üzrə standartlara yumşaldıcı, daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər və təminat riski isə sərtləşdirici təsir göstərmişdir. İstehlak kreditləri üzrə isə əsas sərtləşdirici faktorlar inflyasiya, daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər və əhalinin ödəmə qabiliyyəti olmuşdur. Banklarla rəqabətin yumşaldıcı təsiri azalmışdır.
Sorğunun nəticəsində risklərə də yer verilib.
Qeyd edilib ki, sorğunun nəticələrinə əsasən cari ilin I rübündə faiz dərəcəsi və likvidlik riskləri üzrə artım, digər risk göstəriciləri üzrə isə azalma müşahidə edilmişdir. 2023-cü ilin I rübündə kənd təsərrüfatı, sənaye, nəqliyyat, habelə, qeyri-istehsal və xidmət sahələri üzrə kredit riskində azalma, ticarət, tikinti, informasiya və rabitə sahələri üzrə isə kredit riskində artım olmuşdur. Bununla belə, bankların cavablarına əsasən biznes subyektləri üzrə cəmi kredit risklərinin azalması dinamikası səngimişdir. Mikro sahibkarlıq subyektləri üzrə səngimə daha çox nəzərə çarpır.
2023-cü ilin I rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə bu linkdən tanış olmaq olar.
Sorğunun məqsədi bank sektorunun kreditləşmə fəaliyyətinin monitorinqi və təhlili, maliyyə sabitliyinə təhdidlərin erkən rejimdə aşkarlanması, qiymətləndirilməsi və müvafiq prudensial siyasətin müəyyən edilməsi, habelə maliyyə sektoru iştirakçılarının müvafiq trendlər barədə məlumatlandırılmasıdır.
Sorğu keyfiyyət xarakterli suallardan ibarətdir və cavablandırılması kəmiyyət qiymətləndirməsi tələb etmir. Sorğunun nəticələrinin kəmiyyət vahidlərinə çevrilməsi üçün balans statistikası metodologiyasından istifadə edilir. İndeks mənfi 100%-dən müsbət 100%-ə qədər dəyişir. Müsbət 100% indeks respondentlərin 100%-nin trenddə əhəmiyyətli yumşalma və ya artım, mənfi 100% indeks isə respondentlərin 100%-nin əhəmiyyətli dərəcədə sərtləşmə və ya azalma müşahidə etdiyini göstərir. İndeks 0% olduqda isə əvvəlki rüblə müqayisədə trendin dəyişmədiyini bildirir. İndeks hesablanarkən, bankın ölçüsündən asılı olmayaraq respondentlərin cavablarına bərabər çəki verilir.
Sorğunun respondentləri bankların baş kredit inzibatçısı və yaxud İdarə Heyətinin müvafiq sahə üzrə kuratorlarıdır.
Sorğu 2022-ci ilin I rübündən etibarən rüblük əsasda keçirilir. Cari hesabat 2023-cü ilin I rübü üzrə sorğunun nəticələrini əks etdirir. Hesabatda təqdim olunan gözləntilər Azərbaycan Mərkəzi Bankının gözləntilərini deyil, yalnız kreditləşmə fəaliyyətinə dair sorğunun respondentlərinin (bankların) kreditləşmənin cari və gələcək tendensiyası ilə bağlı qiymətləndirmələrini əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
3 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
3 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR















