Qlobal bazarlarda son vəziyyət - Günə Baxış
Cari ticarət həftəsinin ilk günü Amerikada milli bayramla əlaqədar bağlı olan birjalarda həftənin ilk ticarət günündə birjalarda əsas etibarilə üfüqi dalğalanma müşahidə olunub.
Analitiklər, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin gələcəyi ilə bağlı qeyri-müəyyənliklər dollar üzərində təzyiqləri artırır. Lakin FED sədri Jerom Pavelin bugün Konqresdəki çıxışı dolların qiymətlərinə ciddi təsri edə bilər.
FED-in sədr müavini Maykl Barr da FED-in bank nəzarətində cəld hərəkət etməkdə çətinliklərlə üzləşdiyini və FED-in tez hərəkətə keçməsi lazım olduğunu vurğulayıb.
Barr ABŞ-da bank sisteminin kifayət qədər güclü olduğunu, lakin sektorda hələ də bəzi narahatlıqların olduğunu bildirib.
Dünən açıqlanan makroiqtisadi göstəricilərə gəldikdə isə, ABŞ-da tikintisi yeni başlayan mənzil sayı may ayında proqnozları aşaraq 21.7% artıb və 1 milyon 631 minə yüksəlib. Tikinti üzrə icazələrin sayı isə may ayında aylıq müqayisədə 5.2% artaraq 1 milyon 491 minə çatıb.
Bu gün, FED sədri Jerom Pavelin Konqresdəki çıxışı ilə yanaşı, Bakı vaxtı ilə saat 10:00-da İngiltərədə dərc olunacaq inflyasiya göstəriciləri də investorların diqqət mərkəzində olacaq.
FED-in uçot faiz dərəcəsini dəyişməz saxlamasından sonra bazarlarda volatilliyin artdığını və sərtləşdirmə siyasətinin sona yaxınlaşdığına dair gözləntilərin artması fonunda DXY ötən həftəni 102 bənd səviyyəsində başa vurdu. Hazırda 102.55 həddində qərarlaşan dollar indeksi 103.50 bənd həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)





