Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Məxfi məlumatlarla əlaqəli satınalma zamanı qapalı tender metodu tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məxfi məlumatlarla əlaqəli satınalma zamanı qapalı tender metodu tətbiq ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məxfi məlumatlarla əlaqəli satınalma zamanı qapalı tender metodu tətbiq ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlərlə əhatə olunmayan satınalma predmeti məxfi məlumatlarla əlaqəli satınalma ilə bağlı olduqda, satınalan təşkilat qapalı tender metodunu tətbiq edə bilər. Məxfi məlumatlarla əlaqəli olmayan və müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlərlə əhatə olunmayan ehtiyaclar üçün geyim, əczaçılıq məhsulları, xidməti nəqliyyat vasitələri, təmir-tikinti işləri, habelə əşya, inventar və digər satınalma predmeti üzrə satınalmalar digər satınalma metodlarının tətbiqi ilə keçiriləcək.

Satınalan təşkilat qapalı tender keçirirsə, satınalma komissiyası rəqabəti təmin edəcək kifayət qədər sayda (üçdən az olmamaq şərtilə) təchizatçılara dəvət göndərəcək.

22.06.2023 11:23

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18