Qlobal bazarlarda son vəziyyət
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Jerom Pavel Konqresə təqdimatında faiz dərəcəsinin bu il bir qədər artırılacağına işarə vursa da, birjalarda dolların ucuzlaşdığı müşahidə olunub.
İnflyasiyanın 2%-lik hədəfə endirilməsi prosesində çox uzun bir yol olduğunu qeyd edən Pavel, Federal Açıq Bazar Komitəsi rəsmilərinin demək olar ki, hamısının ilin sonuna qədər faiz dərəcələrini bir az daha artırmağın məqsədəuyğun olduğunu düşündüklərini söylədi.
Monetar sərtləşdirmənin inflyasiya başda olmaq üzrə bütün təsirlərini görməyin zaman alacağını qeyd edən Pavel, bütün gələn məlumatlara və risk balanslarına, eləcə də təsirlərinə əsaslanaraq, iqtisadi aktivlik və inflyasiyanın görünüşü haqqında iclasdan iclasa qərarlarını verməyə davam edəcəklərini vurğuladı.
Atlanta FED-in sədri Rafael Bostiç də kredit sərtləşdirməsinin maliyyə qeyri-sabitliyi demək olmayacağını, lakin əlavə faiz artımları ilə irəliləyişin iqtisadiyyatdakı sürəti lazımsız olaraq azalda biləcəyini müdafiə etdi.
Sərt monetar siyasətin təsirlərinin hiss olunmasını gözləməyin ehtiyatlı davranış olacağını ifadə edən Bostiç, inflyasiyanın 2%-ə qayıtması üçün əmək bazarında daha çox yavaşlamanın lazım ola biləcəyinə diqqət çəkib.
FED sədri Jerom Pavel və digər FED rəsmilərinin açıqlamalarından sonra dollar indeksi 102.65 bənd həddindən 102 bənd həddinə qədər geril çəkilib. DXY 103.50 bənd həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Bu gün, İsveçrə, İngiltərə və Türkiyə Mərkəzi Banklarının faiz qərarları, ABŞ-da əmək və mənzil bazarlarına dair statistik rəqəmlər, eləcə də Bakı vaxtı ilə saat 18:00-da FED sədri Jerom Pavelin açıqlamaları dünya birjalarda dalğalanmalara, xüsusən də DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 41 d. əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)








